Rusiyada yeni baş nazir seçildi
Rusiya Dövlət Duması Mixail Mişustini ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.
ENA.az xəbər verir ki, Dumanın bu gün keçirilən növbədənkənar iclasında Rusiya Federal Vergi Xidmətinin rəhbərinin ölkənin baş naziri təyin olunmasının lehinə 383 deputat səs verib.
Eləcə də bax: Putin Medvedevi bu vəzifəyə gətirəcək
Qərarın əleyhinə səs verən olmayıb, 41 deputat isə bitərəf qalıb.
Qeyd edək ki, Dumanın Reqlament komitəsinin rəhbərinin təklifi ilə səsvermə elektron səsvermə sistemindən istifadə etməklə açıq keçirilib.
Xatırladaq ki, yanvarın 15-də Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət istefa verib.