Tenderlər

“Azərsu” ASC-nin auiditi bu şirkətə həvalə edildi - QİYMƏT

“Azərsu” ASC, 2019-cu il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının auidit olunması üçün elan etdiyi tenderi yekunlaşdırıb. Qalib şirkət “RSM Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 

"ENA" xəbər verir ki, “Azərsu” ASC ilə “RSM Azerbaijan” MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 130 min 390 manatdır.

Müqavilə "“Azərsu” ASC-nin 2019-cu il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının auidit olunması"nı nəzərdə tutur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)