"Son 30 ildə belə bir şey olmayıb"
ABŞ-ın təyyarə istehsalçısı "Boeing" şirkəti 2019-u 30 ilin ən aşağı təyyarə sifarişi ilə bağlayıb.
"Boeing" 2007-ci ildən bu yana ən aşağı səviyyə olan illik 380 mülki təyyarə təhfil verdiyini açıqlayıb.
Şirkətdən verilən açıqlamaya görə, Efiopiya və İndoneziyada düşən "737 Max 8" tipi təyyarələrin uçuşunun dayandırılmasından sonra 2019-cu il ərzində "Boeing"ə verilən 87 mülki təyyarə sifarişi də ləğv edilib.
Ləğv olunan sifarişlərdə 737 Max tipli təyyarələrin güvənli olması ilə bağlı yaşanan mübahisələr təsiri olduğu bildirilir. Buna görə də 737 Max təyyarələrinin sifarişlərinin ləğv edilərək, 787 Dreamliners modelinə dəyişdirildiyi bildirilib.
"Boeing"in sözcüsü, "Son 30 ildə belə bir şey olmayıb" , - deyib.
Digər tərəfdən, "Boeing"in Avropadan rəqibi "Airbus"a 2019-cu ildə 768 yeni təyyarə sifarişi verilib.