Vakansiyalar

BERC Group işçi axtarır - VAKANSİYA

Korporativ satış mütəxəssisi

Namizədə dair tələblər

- Ali təhsil (maliyyə, vergi, gömrük, biznesin idarə olunması və mühasibatlıq sahələrindən birinə aid olması)
- Riyazi analitik təhlil qabiliyyətinin olması,
- MS Office proqramlarında sərbəst işləmək bacarığı,
- Komanda ilə işləmək bacarığı,
- Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olması,
- Müştərilərlə ünsiyyət qurması və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi,
- Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olması,
- Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus və ingilis dilləri üzrə biliklərə üstünlük verilir),
- Vergi, mühasibat, maliyyə, gömrük, logistika və huquq sahəsi üzrə təcrübəli namizədlərə üstünlük verilir,
- Satış üzrə minimum 1 illik iş təcrübəsinin olması.

DİGƏR VAKANSİYALAR

Vəzifə öhdəlikləri

- Müraciətçilərə şirkət və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün və ətraflı məlumat verilməsi və ilkin əlaqəni qurulması,
- Daxil olan sifarişlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi,
- Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərin hazırlanması,
- Satış haqqında həftəlik və aylıq hesabatların hazırlanması.

Qeyd: Sabit əmək haqqı 300-500 AZN. Sabit əmək haqqından əlavə bonus mövcuddur. İş yükündən və nəticədən asılı olaraq əmək haqqına əlavə bonuslar olacaqdır.

Şirkət: BERC GROUP MMC
www.bercgroup.az
Unvan: Bakı, Nəsimi rayonu,Tbilisi prospekti ,3007-ci məhəllə,44C
Tel: +994 12 555 14 85, +994 50 555 14 85
CV-lərinizi fotoşəkil ilə birlikdə hr@bercgroup.az elektron ünvana “Satış mütəxəsssi başlığı altında” göndərməyiniz mütləqdir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department