ENA+

“ABŞ-ın müttəfiqiyik, vassalı deyilik” - Makrondan Trampa cavab

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın onu tənqid etməsinə cavab verib.

BI” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Makron ABŞ-ın Fransanın tarixi müttəfiqi olduğunu və belə olmağa da davam edəcəyini bildirib:

“Müttəfiq olmaq ondan asılı olmaq demək deyil. Bütün fransızların təhlükəsizliyini ABŞ-ın öhdəsinə buraxa bilmərəm. Mənim vəzifəm xalqımı qorumaqdır”.

O, Avropa ordusu qurmaq haqqında fikirlərinə sərt münasibət bildirən Trampa belə reaksiya verib:

“Tramp Amerika siyasəti aparır. Bunu etməsinə icazə verirəm”.

Qeyd edək ki, ABŞ prezidenti Tvitterdə Makron və fransızlar barədə sərt ifadələr işlətmişdi:

“Fransa prezidenti Avropanın ABŞ, Çin və Rusiyadan qorunmaq üçün öz ordusunu qurmasının vacib olduğunu deyir. Amma Birinci və İkinci Dünya müharibələrində Avropaya hücum edən Almaniya idi. Fransa o vaxt nə etmişdi? ABŞ xilasedici olaraq gəlmədən öncə Parisdə almanca öyrənməyə başlamışdılar”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)