MALİYYƏ

Przeidentin sualı: Dollarlaşma ilə bağlı vəziyyət necədir?

Prezident İlham Əliyev ilin yekunlarına həsr olunan iclasda maliyyə sektorunun vəziyyətinə xüsusi diqqət yetirib. "Dollarlaşma ilə bağlı vəziyyət necədir? Çünki bir neçə il bundan əvvəl haradasa dollarda qoyulan əmanətlərin həcmi 80 faizi ötürdü. İndi vəziyyət necədir"sualına cavab olaraq Mərkəzi Bank sədri Elman Rüstəmov bildirib: 

Elman Rüstəmov: Cənab Prezident, dollarlaşma azalmaqda davam edir, bu, daha çox əmanətlərdə hiss olunur.

Prezident İlham Əliyev: Bəli, əmanətlərdə.

Elman Rüstəmov: Bilirsiniz ki, əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə təxminən 3 faizə qədər, əmanətlərdə daha çox, 6 faizə qədər dollarlaşma səviyyəsi aşağı düşüb.

Prezident İlham Əliyev: Faiz nisbəti nə qədərdir?

Elman Rüstəmov: Kreditlərin dollarlaşması 38 faizdən 35 faizə düşüb, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib. Təxminən 12 faizə qədər düşüb.

Prezident İlham Əliyev: Uçot dərəcəsi də iki dəfə aşağı düşüb.

Elman Rüstəmov: Son iki ildə.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)