Sosial iqtisadiyyat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində - YENİ TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

"ENA" xəbər verir ki, bu vəzifə Elşən Allahverdiyevə həvalə edilib. Məlumatı Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib. 
 

Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev Azərbaycan Televiziyasında (AZTV) baş redaktor, “CDB Bank” və “Günay Bank”da Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərində direktor, Maliyyə  Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifələrində çalışıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department