Palatanın Mərkəzi Banka birləşdirilməsi yekunlaşıb
Azərbaycan Mərkəzi Bankının ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birləşməsi ilə bağlı struktur məsələləri həllini artıq yekunlaşdırıb.
ENA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, Palatanın işçilərinin 70-75 faizi Mərkəzi Bankda işlə təmin edilib. Eyni səpkili işlərlə bağlı işçilərə isə təzminat ödənilib.
Mərkəzi Bank sədri 2020-ci ildə sahibkarlığın daha sürətlə inkişafı üçün addımlar atılacaq. "Makroiqtisadi sabitlik qorunacaq. İnflyasiya proqnozu 4 faiz səviyyəsindədir və bu iqtisadi dinamikaya mühüm dəstək verir".