TURİZM

Azərbaycanlı turistlər Gürcüstana nə qədər xeyir verib?

Bu ilin iyul-sentyabr aylarında əcnəbi ziyarətçilər Gürcüstanda ümumilikdə 1,2 mlrd. dollar (3,1 mlrd. lari) xərcləyiblər. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 36,5% artım deməkdir. Bir səfər üçün çəkilən orta xərc 435 dollar olub.

"BI" xəbər verir ki, Gürcüstan turizmində payı olanların sırasında azərbaycanlılar ikinci yerdədir.

Belə ki, bu ilin üçüncü rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 494,5 min nəfər olub. Bu isə o deməkdir ki, əgər orta hesabla bir səfər üçün 435 dollar xərclənibsə, deməli, 494 mindən çox azərbaycanlı üç ayda Gürcüstan iqtisadiyyatına 215 milyon dollardan çox xeyir verib.  

Ən çox turist axını isə Rusiyadan baş verib: 582,7 min nəfər. Üçüncü yeri 439,8 min nəfərlə Ermənistan tutur.

Ümumilikdə, yay turizm mövsümündə Gürcüstana 2,6 milyon əcnəbi gedib. Bu göstərici illik müqayisədə 9,2% çoxdur.

Qonşu ölkəyə səfər edənlərin 45%-i 31-50 yaşlarında olub və onların 50,8%-i bu ölkəyə məhz istirahət üçün gəldiklərini bildiriblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)