Neft Fondu dollar satışını 2% artırıb
2019-cu ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 6 593,85 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
“ENA” Fonda istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,1% çoxdur.
Təkcə ötən ilin dekabr ayında isə ARDNF-in valyuta satışının məbləği 886,35 milyon dollar təşkil edib. Bu isə əvvəlki ilin dekabr ayına nisbətən 30,9% çoxdur.