“Azərsun Holdinq”ə böyük məbləğdə maya qoyulub
![](https://ena.az/uploads/news/2020-01/_ena_bd8af0a3a0afe6d00c0f7f2ca_o.jpg)
“Azərsun Holdinq” MMC-nin nizamnamə kapitalı 41,8% və yaxud 37 milyon 627 min manat artırılıb.
Holdinqin kapitalı 90 milyon manatdan 127 milyon 627 min manata çatdırılıb.
Xatırladaq ki, “Azərsun Holdinq” 2000-ci ildə yaradılıb. Holdinq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda bir sıra müəssisələrə malikdir.