VÖEN ilə işləyənlərin nəzərinə - DSMF ÖDƏNİŞLƏRİ ARTDI
2020-ci idən başlayaraq fiziki şəxslər üçün sosial sığorta haqqının (DSMF ödənişinin) məbləği artıb.
Ena.az xəbər verir ki , bu "Sosial Sığorta haqqında" qanuna dəyişikliklərlə bağlıdır. Dəyişikliklərdən sonra, tikinti və ticarət sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 125 manat, digər sahələrdə sahibkarlıq fəaliyyət göstərən fiziki şəxslər üçün 62.5 manat sosial sığorta haqqı ödənilməlidir.
Bu ödəniş fəaliyyət göstərdiyi regiondan asılı olmayaraq ölkə ərazisində eynidir. İlk ödəniş yanvar ayı üçün fevral ayının 15-ə kimi ödənilməlidir.