Yeni il gecəsi Abşeronda villadan 400 min manatlıq oğurluq olub

Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.
“ENA” xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.
Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Eləcə də bax: Bakıda klinika sahibinin oğlu işçini döyə-döyə öldürüb - TƏFƏRRÜAT