BİZNES

"Qızıl sultanı" öldürüldü

İranda "sikkə sultanı" kimi tanınmış Vahid Məzlümi edam edilib.

"BI" xəbər verir ki, 58 yaşlı V.Məzlümi haqqında edam qərarı ötən ayın sonunda Ali Məhkəmə tərəfindən verilmişdi.

Qeyd edək ki, V.Məzlümi və dəstəsi barədə iş sentyabrın 17-də başlayıb. Dəstə valyuta və qızıl sikkə alverində ittiham olunub.

V.Məzlümi bir il müddətində öz köməkçiləri vasitəsilə 2 ton həcmində qızıl külçələr və sikkələr yığıb. Daha sonra isə həmin şəxs topladıqlarını satmağa çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)