Ərdoğan ilk yerli elektromobili sınaqdan keçirdi - VİDEO
Bu gün Türkiyə iqtisadiyyatında çox önəmli bir hadisə baş verib. 60 il əvvəl 2 avtomobil buraxan Türkiyə bu gün dünya avtomobil sənayesində ən son texnologiyaya malik yeni avtomobillərini təqdim edib.
ENA.az xəbər verir ki, TOGG markası ilə istehsal ediləcək elektrik avtomobillər 2022-ci ildən kütləvi satışa buraxılacaq. Avtomobil süətli şarjla 30 dəqiqəyə 80 faiz dolur, hazırda 2 növü mövcuddur. Bunlardan biri 300 kilometr, digəri isə 500 kilometrdən çox məsafə qət edə bilər.
Mərkəzlə bağlantısı olacaq avtomobillər 4G,5G texnologiyası ilə yeniləmələri qəbul edəcək. Uzunömürlü batareya paketinə malik olan avtomobillərdən biri 200 at gücünə malikdir və bu avtomobil 0-100 km/s sürəti 7,6 saniyəyə yığır. 400 at gücünə malik avtomobil isə bu sürəti 4.8 saniyəyədək yığa bilir. Bu göstəriciləri elektrik avtomobilləri sahəsində unikal hesab etmək olar.
TOGG-un tanıtımını Türkiyə prezidenti Recep Tayyip Ərdoğan edib.
Daha sonra dövlət başçısı sükan arxasına keçərək avtomobili idarə edib.
Ərdoğan Tvitter səhifəsində bununla bağlı video da paylaşıb.