“Şahdağ”a gedəcək 204 minə qədər turistin sığortalanmasını öz üzərinə götürür
“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti (ŞTM) Mərkəzin ərazisində yerləşən əyləncə xidmətlərindən istifadə edən müştərilərin sığortalanmasını öz üzərinə götürəcək.
Bu barədə ENA.az şirkətin elanına istinadən xəbər verir.
Bununla bağlı ŞTM tender elan edib.
Elan edilmiş tenderdə məlum olub ki, ŞTM-in ərazisində yerləşən əyləncə xidmətlərindən istifadə edən müştərilərin sığortalanması günlük 204 360 nəfər, qış mövsümü üzrə 20 nəfərin sığortalanması gözlənilir.
ŞTM Azərbaycanın ilk və ən böyük xizək kurortudur. “Şahdağ” Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib.