Azərbaycanda bank kreditləri ilə investisiya qoyuluşu kəskin azalıb

Azərbaycanda bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu kəskin azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr ayları ərzində bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu 987 mln. manat təşkil edib. Beləliklə, kreditlərlə sərmayə qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 41% azalıb.
Hesabat dövründə cəmi investisiyalarda bu kateqoriyadan olan vəsaitlərin xüsusi çəkisi də 12,6%-dən 7,7%-ə enib.
Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 786,9 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8% az vəsait yönəldilib.