Vakansiyalar

Yelo Bank işçi axtarır - VAKANSİYA

Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə müraciət etdiyi sahəni qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) training@yelo.az ünvanına göndərə bilərlər.

Vəzifə: Mikro kreditlər üzrə mütəxəssis
Region: Bakı, Sumqayıt, Bərdə, Gəncə, Lənkəran

İşə qəbul olunan yeni namizədə dəstək

Hər bir əməkdaşa öz peşəsinin sirlərinə dərindən yiyələnməsi üçün ona Bankın peşəkar təlim və inkişaf komandası tərəfindən nəzəri ixtisaslaşma təlimi verilir. Daha sonra əməkdaşın işə praktiki adaptasiyasını sürətləndirmək məqsədi ilə ona təyin olunan təcrübəli mütəxəssis tərəfindən aktiv iş öyrədilir. Bununla yanaşı, karyerasına yeni başlayan hər bir yeni əməkdaş təcrübəyə əmək haqqı ödənilməklə və bonus qazanmaq imkanı təqdim olunmaqla ona maliyyə dəstəyi verilir. Karyeraya yeni başlayan əməkdaşların bilik və bacarıqlarının artırılması Bankımızın öhdəliyi olduğunu hesab edirik və namizədlərimizdən təcrübə tələb etmirik.

Tələblər:

• Ali təhsil
• Ünsiyyət qurmaq bacarığı
• Riyazi biliklər
• Komandada işləmək bacarığı

Öhdəlikləri:

• Biznes müraciətlərinin təhlili
• Təhkim olunmuş kredit portfelinin idarə edilməsi
• Müştəri şəbəkəsinin genişləndirilməsi
• Biznes görüşlərinin təşkili

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department