“Azərlotereya” lotereya biletlərinin çap edilməsi üçün podratçı seçir
“Azərlotereya” ASC lotereya biletlərinin çap edilməsi ilə bağlı tender elan edib. Bu barədə şirkətin elanında deyilir.
Tenderin qalibinin seçilməsi üçün əsas meyarlar bunlardır: ucuz qiymət, yüksək keyfiyyət, müqavilənin yerinə yetirilmə müddəti, analoji işlərin həyata keçirilməsi təcrübəsi, maddi vəziyyət.
Tenderdə iştirak haqqı 300 manatdır.
Tender təklifləri dekabrın 24-dək qəbul olunacaq. Tender proseduru dekabrın 25-də baş tutacaq.
“Azərlotereya” ASC Azərbaycan prezidentinin fərmanı ilə 2001-ci il noyabrın 23-də yaradılıb. İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsis edilən “Azərlotereya” Azərbaycanın lotereya bazarında inhisarçıdır.