Sosial iqtisadiyyat

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı yeni laboratoriyalar yaradılır

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı yeni laboratoriyaların yaradılmasına başlanılıb.

"ENA" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov bildirib.

Onun sözlərinə görə, bir neçə özəl sahibkarlıq subyekti ilə birlikdə fərdi laboratoriyaların açılması istiqamətində iş aparılıb: “Yəni, modern laboratoriyaların hazırlanması, avadanlıqlarının müəyyən edilməsi, laboratoriyaların akkreditasiyadan keçirilməsi ilə bağlı bir neçə sahibkarla görüş keçirdik. Bizdə olan məlumatlara görə, özəl sahibkarlıq subyektləri labaratoriyaların yaradılması işlərinə başlayıblar. Digər tərəfdən ölkədə fəaliyyət göstərən iki labaratoriya ilə müayinə nəticələrinin qarışıqlı tanınması ilə bağlı razılıq əldə edilib. Biz maraqlıyıq ki, qida təhlükəsizliyi ilə bağlı yoxlamalar AQTA-ňın laboratoriyaları ilə yanaşı, başqa laboratoriyalarda da aparılsın".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department