Sosial iqtisadiyyat

Avropa İttifaqı Azərbaycanın qida məhsullarına verilən sağlamlıq sertifikatlarını tanımağa başlayıb

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ixrac olunan məhsullara sağlamlıq sertifikatının verilməsi ilə bağlı Avropa İttifaqı ilə razılıq əldə edib”.

"ENA" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, Azərbaycandan ixrac olunan, xüsusilə bitki və heyvan mənşəli məhsullara veriləcək sağlamlıq sertifikatını Avropa İttifaqı (Aİ) tanıyır: “Sertifikatlar həm məhsulların qida təhlükəsizliyinə, həm də heyvan mənşəli məhsullar olduqda baytarlıq tələblərinə uyğunluğunu təsdiq edəcək. Bu isə sahibkarların işini asanlaşdıracaq. Onlar iki sertifikat yerinə, bir sertifikat almaqla daha az dövlət rüsumu ödəyəcək. Ümumilikdə isə kiçik maliyyə xərci ilə Aİ ölkələrinə məhsul ixrac edə biləcəklər.

Sertifikatın tanınmasında çətinlik olmayacaq, sahibkarlar hər hansı problemlə üzləşərlərsə AQTA-ya müraciət edə bilərlər”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department