Azərbaycanda daha bir ASC yaradıldı- NİZAMNAMƏ KAPİTALI 195 MİN MANAT

Bakının Xəzər rayonu Buzovna qəsəbəsində yeni yardımçı təsərrüfat yaradılıb.
"BI" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, "Şərab Yardımçı" ASC 2018-ci il sentyabrın 21-də dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 194 min 562 manatdır. "Şərab Yardımçı" ASC-nin qanuni təmsilçisi Rəhimov Tahir Şəmiddin oğludur.