ENA+

İrandan Yaponiyaya tələb: pulumuzu qaytarın!

İran Prezidenti Həsən Ruhani Yaponiya banklarında ölkəsinə məxsus saxlanılan pulların qaytarılmasını tələb edib.

ENA.az  xəbər verir ki,  İRNA agentliy Ruhaninin Tokyoda rəsmilərlə görüşü zamanı çıxışından bir hissəni yayımlayıb:

“Yaponiya banklarında ilişib qalan pulumuzun qaytarılacağına və bu puldan istifadə edə bilməyimiz üçün cəhd göstəriləcəyinə ümid edirəm. Bu, ABŞ sanksiyalarından əvvəl neft satışlarımızdan əldə edilən məbləğdir. Bu pulun bizə qaytarılması ən təbii haqqımızdır”.

Ruhani həmçinin ABŞ sanksiyalarının uzun müddət davam etməyəcəyinə inamını ifadə edib:

“Amerikalıların bu zərərli yoldan dönməyə məcbur qalacaqlarına inanırıq. ABŞ-la fərqli məsələlərdə danışa bilərik, bu cəhətdən bir problemimiz yoxdur. Ancaq onların 1.5 ildir izlədikləri yoldan qayıtmaları lazımdır”.

Qeyd edək ki, ABŞ-ın İranın maliyyə sektoruna tətbiq etdiyi sanksiyalardan dolayı Tehran beynəlxalq ticarətdə problemlərlə üzləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)