Elm və Texnologiya

“Apple” peyk rabitə sistemi yaradır

“Apple” şirkəti şəxsi peyk rabitə sistemini qurmaq üçün gizli işçi qrupu seçib.

“Bloomberg” xəbər verir ki, şirkət mövcud simsiz şəbəkələr olmadan, cihazlarını birbaşa internet xidmətləri ilə birləşdirmək istəyir.

Məlumata görə, layihə üzərində şirkətin Kaliforniyanın Kupertino şəhərindəki qərargahında  aerokosmik sənayedən təxminən on mühəndis, rabitə avadanlıqları üzrə mütəxəssislər və proqramçılar işləyir.

Agentlik bildirib ki, “Apple” mobil operatorlardan asılılığı azaltmaq istəyir, peyk texnologiyası cihazların yerini daha dəqiq izləməyə kömək etməklə əlaqədar, kartlarla işini yaxşılaşdıra və istifadəçilərə yeni xidmətlər təklif edə bilər.

Qeyd olunur ki, “Apple” öz peyk sistemini beş il ərzində inkişaf etdirməyi planlaşdırır.

Peyk layihəsi inkişafın ilk mərhələsindədir, gələcəkdə ondan imtina edilməsi istisna edilmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)