"Audi", "Toyota", "Honda" və "Mitsubishi" avtomobillərini geri çağıracaq
ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) Yapon şirkəti "Takata"nın istehsal etdiyi hava yastıqlarında aşkar edilən istehsal nöqsansanları səbəbindən bu məhsulların istifadə edildiyi avtomobilləri geri çağırmayan istehsalçılara qarşı istintaq başladıb.
"ENA" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, nasaz hava yastıqları səbəbi ilə aralarında "Audi", "Toyota", "Honda" və "Mitsubishi"nin də olduğu 19 avtomobil istehsalçısı ümumilikdə 70 mln nəqliyyat vasitəsini geri çağırmağa hazırlaşır.
Qeyd edək ki, müflis olan istehsalçı "Takata" şirkəti nasaz yastıqlardan hansı illərdə və hansı modellərdə istifadə olunduğu barədə ətraflı məlumat verməyib, istehsalçılardan hansı avtomobilləri geri çağırılması barədə ətraflı hesabat hazırlamaları istənilib.
Xatırladaq ki, mütəxəsislər "Takata"nın 1995-2000-ci illərdə istehsal etdiyi hava yastıqlarının ümumilikdə 100 mln avtomobildə istifadə olunduğunu təxmin edirlər.
Bundan başqa, Almaniyanın "BMW" şirkəti də daha əvvəl nasaz hava yastıqlarına görə 116 min avtomobilini geri çağırmışdı.