BİZNES

"6 Azərbaycan şirkəti Adıgeyə investisiya qoyuluşunu nəzərdən keçirirlər"

Azərbaycanlı iş adamları Adıgeydən kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdırlar. Bu barədə Adıgey Sahibkarlara Dəstək Mərkəzinin direktoru Artur Çiç məlumat verib.

Rusiya KİV-nin məlumatına görə, Maykopda Azərbaycan və Adıgey iş adamlarının görüşü keçirilib.

"Neft emalı, ağac emalı, taxıl, məişət kimya məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 6 Azərbaycan şirkətinin nümayəndələri Adıgey Respublikasına investisiya qoyuluşu imkanlarını nəzərdən keçirirlər", - deyə o bildirib.

A.Çiçin sözlərinə görə, Azərbaycan şirkətləri emal sənayesinə, xüsusilə saflaşdırılmamış günəbaxan yağı, qida məhsulları və içki idxalına, habelə məişət kimya və maşınqayırma məhsullarının idxalına maraq göstərirlər. İdxalçılar Adıgeydən buğda, soya və düyü qəbul etməyə hazırdırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)