Xarici ölkələrdən gətirilən məhsulların - QİYMƏTİ - SİYAHI
Bu ilin ilk 10 ayı ərzində xarici ölkələrdən Azərbaycana 40 milyon 491,7 min dollar dəyərində 150,5 min ton kartof gətirilib.
ENA.az məlumat verir ki, Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablamaya görə, kartof idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 43,1% (12 milyon 200,6 min dollar), miqdar ifadəsində isə 36,6% (40,3 min ton) artıb.
Qeyd edək ki, ötən ilin ilk 10 ayında idxal etdiymiz 1 kiloqram kartofun gömrük dəyəri 44 qəpik (25 sent) olduğu halda, bu ilin ilk 10 ayında 46 qəpik (27 sent) olub.
İdxal olunan digər məhsulların orta gömrük dəyəri isə aşağıdakı kimi olub:
Məhsulun adı | 2018-ci il Yanvar-oktyabr |
2019-cu il Yanvar-oktyabr |
Kartof (1 kq) | 44 qəpik | 46 qəpik |
iribuynuzlu heyvan əti (1 kq) | 5,2 manat | 5,4 manat |
Quş əti (1 kq) | 1,9 manat | 2 manat |
Kərə yağı (1 kq) | 9,9 manat | 8,7 manat |
Çay (1 kq) | 6,6 manat | 6,6 manat |
Bitki yağları (1 kq) | 1,4 manat | 1,3 manat |
Siqaret (20 ədəd) | 44 qəpik | 56 qəpik |
Kondisioner (1 ədəd) | 418 manat | 407 manat |
Soyuducu (1 ədəd) | 402 manat | 382 manat |
Paltaryuyan maşın (1 ədəd) | 323 manat | 351 manat |
Minik avtomobili (1 ədəd) | 27 817 manat | 22 808 manat |