Gürcüstanın iqtisadiyyat naziri: “Batumi limanının Ermənistana satılması barədə məlumat yalandır”
“Gürcüstanın Batumi limanının Ermənistana satılması barədə yayılan məlumat həqiqətə uyğun deyil”.
ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.
O deyib ki, liman dövlətə məxsus deyil: “Buna görə də onun dövlət tərəfindən satışa çıxarılması mümkün deyil. Batumi limanını uzun müddətdir Qazaxıstan şirkəti idarə edir. Ermənistan tərəfinin limana hər hansı bir maraq göstərməsi barədə bizdə məlumat yoxdur. Belə bir şey olsaydı, biz bu barədə bilərdik”.
Qeyd edək ki, Ermənistan “Jamanak” qəzeti ölkənin Gürcüstanın Batumi limanını almağa maraq göstərdiyi barədə yazıb. Nəşrdə qeyd olunub ki, Ermənistanın müxtəlif dairələri limanın alınması üçün vəsaitlərin toplanılmasını təşkil etməyə çalışır. Qəzet iddia edir ki, Batumi limanının əldə olunması ilə yüklərin Ermənistana maneəsiz nəqlini təmin etmək mümkün olacaq.