"iPhone satışları düşəcək" proqnozu Apple-ı 190 milyard dollar "əritdi"
Məşhur bankın "iPhone satışları 2018-ci ildə, 2019-da da düşəcək" proqnozu Apple-ı vurdu. Şirkətin bazar dəyəri 5 həftədə 190 milyard dollar "əriyib". Halbuki, Apple, 190 milyard dollarlıq dəyərə nail olmaq üçün birjada 30 il gözləmişdi. Apple-ın itirdiyi bu dəyər, Yunanıstanın ümumi milli gəlirinə bərabərdir.
Apple, ABŞ birjalarının tarixində ilk dəfə 1 trilyon dollarlıq şirkət olmağı bacarmışdı. 3 Oktyabrda 1.1 trilyon dolları aşan şirkətin bazar dəyəri dünən 920 milyard dollara qədər düşüb.
Rüsum qalxıb, qiymət isə əvvəlki kimidir
Apple-ın bazar dəyəri son 5 həftəlik əməliyyatlarda 190 milyard dollar azalıb. Buna, 2019-cu ilin ilk rübündən etibarən iPhone satışlarının zəifləyəcəyinə dair təhlillər səbəb olub.
1980-ci ildən birjada səhmləri ticarət olunmağa başlayan Apple-ın bazar dəyəri 2010-cu ildə 190 milyard dollar səviyyəsinə çatmışdı. Başqa sözlə, şirkətin 30 ildə çatdığı rəqəm, 5 həftəlik bir dövrdə "buxarlanıb". Apple-ın birjada itirdiyi bu dəyər, Yunanıstanın ümumi milli gəlirinə bərabər səviyyədədir.
Qlobal investisiya bankı "JP Morgan"ın son təhlili, Apple-ın iPhone satışlarının həm 2018-ci ildə, həm də 2019-cu ildə düşəcəyini ortaya qoyub. Buna səbəb olaraq isə inkişaf etməkdə olan bazarlarda çətin makro iqtisadi şərtlər göstərilib.
3 Oktyabr 2018-ci il tarixində Apple-ın səhminin qiyməti 232 dollara qalxmışdı. 13 Noyabr 2018-ci il tarixində isə 16.3 faiz azalma ilə 191 dollar səviyyəsinə qədər düşüb.