Sənaye

“Qazprom” yeni böyük layihəsinə SOCAR-ı cəlb edə bilər

“Qazprom” şirkəti Yamal yarımadasında qaz-kimya kompleksinin tikintisi layihəsini hazırlayır. Bu barədə Rusiya mətbuatı yazır.

Layihənin ilkin dəyəri təxminən 15 milyard dollar təşkil edir.

Məlumata görə, ”Qazprom” layihəyə xarici şirkətlər konsorsiumunun cəlb edilməsi məsələsini artıq müzakirə edib. Layihənin mümkün iştirakçıları arasında Səudiyyə Ərəbistanının SABIC və Azərbaycanın SOCAR şirkətlərinin də olduğu bildirilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)