Sosial iqtisadiyyat

Ermənistan Gürcüstanın Batumi limanını almaq istəyir

Ermənistan Gürcüstanın Batumi limanını almaq istəyir.

ENA.az Erməniostanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, qiyməti 600 milyon dollar olan limanı almaqla rəsmi Yerevan ölkəyə yüklərin maneəsiz gətirilməsinə nail olmağı hədəfləyib.

“Səhmdar cəmiyyətin yaradılması müzakirə olunur. Diaspor biznesmenləri də bunun bir parçası olacaq. Amma hazırda bu vəsaiti ayırmağa hazır olan şəxs yoxdur”-deyə qəzet yazır. Məqalədə limanın alınması üçün Nikol Paşinyan hökumətinin aktiv fəaliyyətə keçdiyi və pul mənbəyi axtardığı da vurğulanır. 

Eləcə də bax: Gürcüstanda qumarxana biznesindən büdcəyə 34 milyon dollar daxil olub

Hazırda Batumi limanı Qazaxıstanın “Kazumnayqaz” dövlət şirkətinə məxsusdur. Ermənistana idxal olunan məhsulların 60%-ə qədəri Batumi və Poti limanlarından gətirilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)