Azərbaycanda kolbasa istehsalı 48% artıb
2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda istehsal edilmiş qida məhsullarından ən böyük artım kolbasa məhsulunda qeydə alınıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 11 ayında ölkədə 47,7% daha çox kolbasa məhsullarında qeydə alınmaqla ümumi həcmi 7 591 ton təşkil edib.
ENA.az DSK-yə istinadən siyahını təqdim edir:
Qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində əsas məhsul növlərinin istehsalı |
|||
Məhsul növləri | 2019-cu ilin yanvar-noyabr aylarında | İllik dəyişmə, faizlə | 01.12.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kolbasa məmulatları, ton | 7,591.3 | 47.7 | 6.9 |
Qaymaq və xama, ton | 5,346.2 | 22.6 | – |
Pendir və kəsmik, ton | 46,708.6 | 1.9 | 46.7 |
Kərə yağı, ton | 21,739.8 | 0.8 | 0.2 |
Cem və marmeladlar, ton | 77,588.6 | 1.0 | 8,236.1 |
Duru bitki yağları, ton | 48,309.1 | 6.3 | 2,605.5 |
Marqarin, ton | 43,034.4 | 0.6 | 651.4 |
İnsanın qidalanması üçün yararlı olan duz, min ton | 67.3 | 14.7 | 1.5 |
Qənd və şəkər tozu, min ton | 261.6 | 37.8 | 23.2 |
Çörək, min ton | 1,151.7 | 1.7 | – |
İçki məhsulları | |||
Şampan şərabı, min dkl | 0.5 | 58.3 | 3.1 |
Araq, min dkl | 1,720.2 | 183.4 | 226.6 |
Brendi (konyak), min dkl | 24.0 | 63.3 | 13.2 |
Üzüm şərabı, min dkl | 525.9 | (63.5) | 979.6 |