Azərbaycan Turizm Bürosu işçi axtarır - VAKANSİYA
Vəzifənin adı : Baş Mühasib
Əsas vəzifə öhdəlikləri:
• Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması arzuolunandır)
• 1C 7.7 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi həmçinin, MS Excel-də işləmək bacarığı
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
• Vergi orqanları ilə yazışmalar və vergi sahəsi ilə bağlı əməliyyatlar - (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və müavfiq olaraq göndərilməsi
• DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
Namizədə dair tələblər:
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
• Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar olması;
• Tez qavramaq və uyğunlaşmaq bacarığı;
• Problemləri təhlil və həll etmə bacarığı;
• Beynəlxalq mühasibat uçotu standartlarını bilməsi üstünlükdür.
Namizədlər CV-lərini job@tourismboard.az ünvanına 10.01.2020-ci ilədək göndərməlidirlər.
Xahiş olunur, e-mailin mövzu hissəsinə müraciət etdiyiniz vəzifənin adını (Baş Mühasib) qeyd edəsiniz.
Məlumat üçün bildirək ki, yalnız qısa siyahıya seçilmiş namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqlar.