Sosial iqtisadiyyat

Pensiyaların ödənişi günü dəyişdi – DSMF-DƏN ELAN

Azərbaycanda bəzi kateqoriyadan olan pensiyaçıların pensiyası ayın 13-16-da ödəniləcək.

ENA.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun elanında bildirilir. Elanda deyilir:

Eləcə də bax: Pensiyalarla bağlı qaydalar dəyişir - Bu rayonlar üzrə

Nəzərinizə çatdırılır ki, vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Səbail və Yasamal şöbələri üzrə aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya İdarəsinə köçürülmüş  və həmin şəxslərin əmək pensiyalarının ödənişi 2019-cu ilin dekabr ayından etibarən hər ayın 13-16 aralığında həyata keçiriləcəkdir:

Eləcə də bax: Yanvarın 1-dən pensiyalar artırılacaq

 

1.    “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli pensiya təyin edilmiş şəxslər;

 

2.    “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi ilə pensiya təyin edilmiş şəxsələr, o cümlədən

-       Dövlət qulluqçuları;

-       Xüsusi rütbəli şəxslər (prokurorluq, ədliyyə və vergi orqanlarının işçiləri və s.);

-       Milli Məclisin deputatları;

-       MSK-nın və Hesablama Palatasının üzvləri;

-       Ədliyyə orqanlarının mülki işləri;

-       Məhkəmə hakimləri;

-       “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin əhatə dairəsinə düşən digər şəxslər.

Yuxarıda qeyd olunan əmək pensiyası kateqoriyasının əhatə dairəsinə düşən pensiya alan şəxslər  və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərin əlavə sualları olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti - 43

Əlaqə nömrəsi: (012) 563-55-46

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department