ENA+

2020-ci ildə istehlakçıları təklik epidemiyası gözləyir – FORD-DAN YENİ PROQNOZ

Avtomobil istehsalçı şirkəti Ford özünün 2020-ci il ilə bağlı, qlobal istehlakçı trendlərinə həsr edilən illik proqnozunu açıqlayıb.

ENA.az xəbər verir ki, Campaign nəşri yazır ki, 2020-ci ildə istehlakçıların təkliyi ilin trendi olacaq. Marketoloqlar isə bunu nəzərə almalı, istehlakçıların bu duyğu ilə başa çıxmasına kömək olmalıdırlar.

- Yetkin respondentlərin 45%-i daimi olaraq özlərini tək hiss edir. Təkcə millenialların faizi burada 62% təşkil edir.

- 18-40 yaşlı respondentlərin 40%-dən çoxu isə qeyd edirlər ki, onların təkliyinə sosial şəbəkələr səbəb olur. Həmçinin 19 yaşdan 32 yaşa qədər, gündə sosial şəbəkələrdə 2 saatdan çox vaxt keçirən insanlar, belə platformalarda 30 dəqiqədən az vaxt keçirən insanlar ilə müqayisədə 2 dəfə daha çox özlərini tək hiss edirlər. Bu cür məlumatı isə Campaign nəşri Amerikanın profilaktiv jurnalına istinadən yazır. Respondentlərin yarıdan çoxu isə avtomobil ilə uzun səyahətlər zamanı söhbətləri ən yaxşısı olduğunu düşünür. Sorğu iştirakçılarının 46%-i isə belə uzun səyahətlərdən ailələri və yaxın dostları ilə telefon söhbətləri üçün istifadə edir.

Ford-un istehlakçı tendensiyaları və gələcəyi üzrə qlobal meneceri Şeril Konnelli isə hesab edir ki, brendlər insanların bir-biri ilə əlaqələrini qaydağa salmağa və rahatlığa nail olmağa kömək etməlidir. Onun sözlərinə görə, məsələn onlar rəqs kimi, təkliyə qarşı mübarizəni öz kampaniyaları ilə birləşdirməlidirlər.

Qeyd etmək yerinə düşər ki, tədqiqat Harris Insights & Analytics kompaniyası ilə birgə aparılıb. Ümumilikdən 14 ölkədən 13000 istehlakçının onlayn-anket sorğuları analiz edilib. Həmin 14 ölkəyə isə Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İtaliya, Meksika, Səudiyyə Ərəbistanı, İspaniya, BƏƏ, Böyük Britaniya və ABŞ daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)