Hadisə

Mağazaları yanan sahibkarlar kompensasiyaya görə yolu bağladılar

“EuroHome” tikinti malları bazarında mağazaları yanan sahibkarlar yolu bağlayıb.

Bakı-Sumqayıt yolunu bağlayan sahibkarlar onlara dəyən zərərin kompensasiya edilməsini istəyirlər.

Mağazası yananlardan biri ona 100 min manatdan yuxarı zərər dəydiyini və ticarət fəaliyyətinin tamam dayandığını bildirib.

Qeyd edək ki, ötən gün Binəqədi rayonu ərazisində yerləşən bazar alışıb. Çox sayda mağaza içərisində mallarla birgə yanıb.

©Qaynarinfo

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)