Səbail rayonunda su kəsiləcək

Bakının Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün Badamdar qəsəbəsinə və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
"ENA" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.