Sosial iqtisadiyyat

“BP-Azerbaijan” yerli və əcnəbilərin maaşları arasındakı “10 dəfə” fərqə aydınlıq gətirib

BP-Azerbaijan”da eyni vəzifədə olan yerli mütəxəssislə əcnəbi arasındakı maaş fərqinin 10 dəfə olmasını “bir balaca şişirdilmiş” adlandırıb.

ENA.az xəbər verir ki, bunu “BP-Azerbaijan”nın vitse-prezidenti Bəxtiyar Alsanbəyli İTV-nin “3D” proqramının qonağı olarkən deyib.

“Dünya praktikasında bir ölkədən digər ölkəyə gələn işçinin maaşı həmin ölkədəki işçinin maaşından yüksək olur. Eyni zamanda Azərbaycan vətəndaşı bu gün gedib İngiltərədə və ABŞ-da işləyirsə onların maaşları yerli vətəndaşların maaşlarından yüksək olur” – deyə, vitse-prezident deyib.

Digər bir sual isə xarici vətəndaşların əmək müqaviləsində maaşları dollarla və yerli vətəndaşlara isə manatla yazılması ilə bağlı olub. Bəxtiyar Aslanbəyli bildirib ki, əgər əcnəbi vətəndaşı Azərbaycana cəlb ediriksə onun maaşı öz ölkəsindəki valyutaya görə hesablanır. Məsələn, o, İngiltərədə funt-sterlinqlə əməkhaqqı alıbsa onu Azərbaycan manatı ilə bura gətirmək  çətin məsələdir.

Eləcə də bax: Orta aylıq maaş 720 manatı keçib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)