Azərbaycan və İran arasında aviareyslərin sayı artırıla bilər
"Dekabrın 3-6-da keçirilmiş "Bakutel 2019" sərgisində Azərbaycan rəsmiləri ilə İranın Alborz əyalətindəki Payam beynəlxalq hava limanından Bakıya birbaşa uçuşların yenidən həyata keçirilməsi istiqamətində konstruktiv danışıqlar aparılıb".
"ENA" xəbər verir ki, bunu IRNA-ya müsahibəsində aeroportun icraçı direktoru Nadir Sanagu Mütləq deyib.
O, hava limanının yük və sərnişin daşımaları sahəsində xüsusi çəkiyə malik olduğunu, onun imkanlarının təbliğ edilməsinin vacibliyini qeyd edib.
N.S.Mütləqin sözlərinə görə, son bir ildə təkcə yük daşımaları üzrə 40% artım qeydə alınıb.