Sosial iqtisadiyyat

Niyə sizi müsahibəyə çağırmırlar? – 4 SƏBƏB

Beləliklə, artıq bir neçə aydır ki, inadkarlıqla yeni iş yeri axtarırsınız. CV-nizi yeniləmisiniz, bütün səhvləri yoxlamışınız və keçmiş iş yoldaşlarınıza iş axtarışında olduğunuzu demişiniz. Amma… heç nə baş vermir. Siz hər gün elektron poçtunuzu yoxlayırsınız (və hətta “spam” qovluğuna belə daxil olursunuz), lakin müsahibəyə çağrılmadığınızın görürsünüz.

Narahat olmayın. Çox güman ki, siz aşağıdakı səhvlər üzündən müsahibəyə dəvət olunmursunuz:

SƏBƏB №1: CV-niz avtomatik yoxlama üçün optimal deyil

Təəssüflər olsun ki, namizədlərin əksəriyyəti işəgötürənin diqqətini cəlb etmək məqsədilə CV-ni lazımsız detallarla doldurur. Lakin problem orasındadır ki, HR mütəxəssisinin əlinə düşməzdən əvvəl o, avtomatik yoxlamadan keçirilir.

Xüsusi proqram göndərilmiş CV-ləri nəzərdən keçirərək, aktuallığını qiymətləndirir. Nəticədə rekruterin əlinə yalnız vakansiyaya uyğun olan CV-lər düşür.
 

Şirkətlərin bu proqramdan istifadə etməsinin səbəbi nədir? Səbəb çox sadədir – böyük şirkətlərdə bir vakansiya üçün 500-dən çox müraciət gələ bilər və bu hala avtomatik yoxlama əməkdaşlara vaxta qənaət etməyə imkan verir.


CV-ni necə optimallaşdıra bilərsiniz?


-Vakansiya haqqında yazılanları diqqətlə oxuyun. Öhdəliklər və tələb olunan təcrübə ilə əlaqəli olan açar sözləri seçin.


-Bu açar sözləri CV-yə daxil edin: ümumi məlumat, bacarıqlar və digər bölmələrə. Bir sözlə, uyğun gələn hər bir yerə.


Diqqət: açar sözlərini sadalamaq lazım deyil, çünki bu halda CV-niz avtomatik yoxlamadan keçməyəcək. Rekruter sistemi aldatmaq istədiyinizi başa düşəcək və çox güman ki, bu onun xoşuna gəlməyəcək.


SƏBƏB №2: CV-yə əlavə etdiyiniz müşayiət məktubu optimal deyil

Bəlkə də, CV ilə birlikdə göndərdiyiniz müşayiət məktubunun da avtomatik yoxlamadan keçdiyini bilmirdiniz.

Şirkətlərin çox hissəsi Taleo proqramından istifadə edir.

Əgər siz müşayiət məktubunun lazımsız olduğunu düşünürsünüzsə, böyük səhvə yol vermiş olursunuz. Rekruterlərin 26%-i onları oxuyur və işə qəbul qərarına təsir edən vacib amil hesab edir. HR-ların yarıdan çoxu isə namizədlərin CV ilə birlikdə müşayiət məktubunu göndərmələrini istəyir.

CV-də olduğu kimi, burada da vakansiya haqqında yazılanları oxuyaraq, seçdiyiniz açar sözləri müşayiət məktubuna əlavə etmək lazımdır.

SƏBƏB №3: LinkedIn-dəki hesabınızın formatı axtardığınız vakansiya üçün uyğun deyil

Rekruterlərin 40%-i sosial şəbəkədə tapa bilmədikləri namizədi işə götürmür. Məhz bu səbəbdən LinkedIn hesabın olması şərtdir.
Əlbəttə ki, boş hesab sizə kömək olmayacaq. Onu yaxşılaşdırma üçün sizə bir neçə məsləhət verə bilərik:

-səhifənizin fərdi internet ünvanını yaradın. LinkedIn-də yeni hesab açdıqda, onun internet ünvanı hərif və rəqəmlərdən ibarət olur, bu isə CV üçün uyğun format olmadığından sizin üçün əsas problemlərdən biri ola bilər.

-təkliflərə açıq olduğunuzu göstərin. Bunun üçün “Rekruterlərə yeni təkliflərə açıq olduğumu bildirmək” funksiyasını işə salmağınız kifayət edər.
-əlbəttə ki, profilinizi dolğun edin. Özünüz haqqında yazın, əsas bilik və bacarıqlarınızı, əldə etdiyiniz sertifikatları göstərin.

SƏBƏB №4: İş təcrübəniz yoxdur

Universiteti yeni bitirmişiniz və iş təcrübəniz olmadığına görə iş tapa bilmirsiniz?

Könüllü olaraq işləyə bilərsiniz. Bu, yeni bacarıqları və iş təcrübəsi əldə etmək üçün əla yoldur.

Karyera məsləhətçilərin 75%-i hesab edir ki, könüllü iş sizin gələcəkdə iş tapmaq şansınızı artırır. Rekruterlərin 41%-i isə könüllü işi ödənişli fəaliyyətlə bərabərləşdirir.

Eləcə də bax: Milyonlar gətirən - 5 AĞILASIĞMAZ İDEYA

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)