Sənaye

Azərbaycanda istehsal olunan dizel gizli xaricə daşınır

2019-cu il ərzində gömrük orqanları tərəfindən dizel yanacağının xaricə qaçaqmal aparılması ilə əlaqədar 17 fakt qeydə alınmışdır.

 

Dovlət Gömrük Komitəsindən verilən məlumata görə, onlardan biri üzrə materiallar toplanaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, on iki fakt üzrə inzibati xəta haqqıda iş üzrə icraat başa çatdırılmış, dörd  fakt üzrə isə hazırda icraat davam etdirilir.

 

Hüquqpozma predmeti qismində saxlanılan dizel yanacağının həcmi 2 milyon 970 min 770 litr təşkil etmişdir.

 

Əldə etdiyimiz məlumata görə, Azərbaycanda satılan dizelin əhəmiyyətli hissəsi qonşu Gürcüstan və Rusiyanın Dağıstan vilayətinə qaçaq yollarla aparılır və satılır. Dizelin qaçaq yollarla ölkə xaricinə daşınması rəsmi ixracın azalmasına və dövlətin valyuta gəlirləri itkisinə səbəb olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)