MALİYYƏ

Rubl və lirənin ucuzlaşması proqnoz olunur

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Rusiya və Türkiyə valyutalarının ABŞ dollarına qarşı məzənnəsi (RUB/USD və TRY/USD) ilə bağlı proqnozlarını açıqlayıb.

 

Agentlik, Rusiyada dolların məzənnəsinin bu ilin sonuna 64 rubl, 2020-ci ildə 66 rubl, 2021-ci ildə isə 67 rubl olacağı proqnozlaşdırır.

 

Agentliyin proqnozlarına əsasən, Türkiyədə dolların məzənnəsi bu ilin sonuna 6 lirəyə, 2020-ci ildə 6,6 lirə, 2021-ci ildə isə 7,2 lirə təşkil edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)