Aqrar

Ölkəmizin ən böyük aqroparkı salınır

"Şamaxı və Hacıqabul rayonlarının ərazisində ölkəmizin ən böyük aqroparkı salınır".

"ENA" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdikdən sonra kompleksin əməkdaşları ilə görüşündə çıxışı zamanı bildirib. 

Prezident əlavə edib ki, o aqroparkın sahəsi 42 min hektardır və kənd təsərrüfatının inkişafına böyük dərəcədə təkan verəcəkdir.

"Biz indi Şamaxını müasir turizm mərkəzi kimi inkişaf etdiririk. Böyük üzüm bağları salınır, üzüm festivalı keçirilir. Şamaxı ənənəvi üzümçülük rayonudur. Üzümçülüyün ənənələri bərpa edilir, iş yerləri açılır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)