METAK işçi axtarır - VAKANSİYA
Texniki nəzarət üzrə mütəxəssis (Qusar rayonu)
(Beton dirək istehsalı üzrə)
Namizədə tələblər:
• İş yeri: Qusar rayonu
• Ali və ya orta-texniki təhsil
• 1 ildən az olmayaraq, beton və dəmir-beton məmulatları və konstruksiyaları sahəsi üzrə iş təcrübəsi
• MS Office proqramlarında işləmək bacarığı
• İstehsal sahəsinin keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli.
İşin təsviri:
• Beton məhsulların istehsalında istifadə ediləcək materialların fiziki və kimyəvi analizlərinin edilməsi.
• Beton məhsulların istehsalı zamanı texnoloji prosesin tələblərinin qorunmasına nəzarət.
• Məhsulların markalanması və saxlanılma yolları texnoloji prosesin tələblərinə uyğun olaraq aparılmasına nəzarət.
• Sınaq avadanlıqlarından, cihazlarından və ölçmə üsullarından təlimata uyğun istifadə edilməsi.
• Lazımi analizlərin vaxtında yerinə yetirilməsi və hesabat şəklində təqdim olunması .
• Xammal, yarımfabrikat, material və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizləri, təcrübə və digər növ tədqiqatların aparılması.
• Zay məhsul, onun səbəblərinin uçotunun aparılması.
• Qüsurlu materialların istehsalata buraxılmasının qarşısının alınması.
Əlavə şərtlər:
• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=133 və ya cv@metak.az ünvanına CV göndərərək 10.01.2020–ci il tarixinə kimi müraciət edə bilərlər.