İnşaat və əmlak

MİDA-ya aparat rəhbəri vəzifəsinə yeni təyinat olub

Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) aparat rəhbəri vəzifəsinə təyinat olub. 

 

Qurumdan verilən məlumata görə, bu vəzifə Fərman Vahid oğlu Qurbanlıya həvalə edilib. 

 

O, indiyə qədər MİDA-nın Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifəsini tutub, Agentlikdən əvvəl isə “Bank BTB”, “PAŞA Bank” və "Yelo Bank" ASC-lərdə müxtəlif vəzifələrdə çalışıb. 

 

F.Qurbanlı İngiltərənin Lankaster Universitetində Pul, Bankçılıq və Maliyyə üzrə magistr dərəcəsi alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)