Prezidentin sabiq köməkçisinə Nazirlər Kabinetində vəzifə verildi
![](https://ena.az/uploads/news/2019-12/_ena_ed7e1a0484e839a289caf1432_o.jpg)
Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bundan başqa, Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı təsdiqləyib.
1993-1994-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında və Səhmdar-Kommersiya Aqrar-Sənaye Bankında aparıcı iqtisadçı, 1994-1998-ci illərdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində böyük məsləhətçi, 1998-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İqtisadi siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
2001-2003-cü illərdə İqtisadi Təhlil və Konsaltinq Mərkəzinin direktoru, 2003-2004-cü illərdə Almaniya Texniki Əməkdaşlıq Agentliyində (GTZ) makroiqtisadi məsələlər üzrə baş iqtisadçı, 2004-2005-ci illərdə "Ata Holdinq" Şirkətlər Qrupunda İdarə heyətinin üzvü, Strategiya və Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışmışdır.
2005-2008-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvü təyin edilmiş və 2007 – 2008-ci illərdə Şuranın üzvü kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə, 2017-ci il 31 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsinə təyin edilmişdir.
1-ci dərəcə dövlət müşaviridir.