Vakansiyalar

"AGA Group" işçi axtarır

 “AGA” Şirkətlər Qrupuna bir neçə şirkətlər daxildir. Bu şirkətlərdən biri də mühasibatlıq,kadr kargüzarlığı, konsaltinq və audit sahəsində xidmət göstərən "Kaspian Audit" MMC-dir.

"Kaspian Audit" MMC aşağıda qeyd olunan vəzifə üzrə vakansiya elan etməkdən məmnunluq duyur:

Vakansiya: Satış üzrə mütəxəssis

Əmək haqqı: 300 AZN + Bonus

Namizədə tələblər:

- Yaş: 25-30
- Təhsil: Ali (İqtisadiyyat və maliyyə təhsilli olmalı)
- İş stajı: 1 il (satış sahəsində) 
- Dil biliyi: Azərbaycan, Rus, Səviyyə: Əla (İngilis arzuolunan)
- Kompüter biliyi: MS Office Səviyyə: Əla 
- Marketinq və bazar seqmentlərinin əsasları 
- Satışın psixologiyası və prinsipləri 
- İşgüzar ünsiyyətin etikası
- Əlavə mühasibatlıq üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş barədə məlumat:

- Müəssisənin xidmətlərinin təşkili və aparılması 
- Potensial müştərilərin axtarışı 
- Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması 
- Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılması 
- Müəssisənin xidmətlərində müştərilərin tələbatlarının araşdırılması, müştəri ilə sifarişin razılaşdırılması 
- Müştərilərin təsdiq olunmuş satış proqramına müvafiq müəssisə ilə iş birliyinə cəlb olunması
- AR əmək məcəlləsinə əsasən sənədləşmə 
- İş qrafiki: bazar ertəsi - cümə; Şənbə qısaldılmış iş günü; bazar - istirahət

Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən  CV- lərini “Satış üzrə mütəxəssis” yazaraq recruitment@agagroup.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department