"Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA
“ABB” ASC İri Korporativ Müştərilərin Kreditləşməsi Şöbəsinə maliyyə təhlili üzrə təcrübəçi axtarışındadır.
Vəzifə öhdəlikləri:
Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.
Vakant vəzifə üzrə tələblər:
Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində yeni bitimiş gənclərə üstünlük veriləcəkdir;
CFA Səviyyəsi üzrə müəyyən bilgilərə sahib olmaq;
Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
Analatiki bacarıqlar, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
Təşkilatların maliyyə analizlərinin aparılması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Təcrübəçi - Maliyyə Təhlili” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az