1 il xarab olmayan alma satışa çıxdı
ABŞ-da soyuducunda bir ilə qədər xarab olmadan qaldığı iddia edilən yeni bir alma növü satışa çıxarılıb.
"ENA" BBC-yə istinadən xəbər verir ki, alma sortunun 1997-ci ildən Vaşinqton Dövlət Universitetində inkişaf etdirilməsinə başlanıb. Alma növünün kəşfindən bazara çıxarılmasına qədər 10 milyon dollar xərclənib. Qırmızı almanın üzərindəki açıq sarı xallar uzaq ulduzlara bənzədilir.
Yeni alma sortunun ağacının 3 il ərzində məhsul verdiyi bildirilib. Vaşinqton Dövlət Universitetinin icra etdiyi proqramın rəhbərlərindən Kate Evans, bu alma növünün soyuducuda 10 - 12 aya qədər dadı pozulmadan qaldığını söyləyib.
Artıq Vaşinqtonda bu alma ağacından 12 milyon ədəd əkildiyi, sərt lisenziya sisteminin, ABŞ-ın başqa bölgələrində fermerlərin bu almaları yetişdirməsinə icazə vermədiyi qeyd edilib.