Hadisə

Bakıda “AZZA”ya silahlı basqın edildi, kassa oğurlandı

Bakıda şirniyyat dükanına basqın edilib.

ENA.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib.

Naməlum şəxs həmin ünvanda yerləşən “AZZA” şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib.

Naməlum şəxs satıcıdan kassadakı pulları tələb edib.

Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd “Alpha Line” içkisini götürərək hadisə yerindən qaçıb.

Eləcə də bax: Pirşağıda ağır qəza – Elektrik qatarı kranla toqquşub - VİDEO

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)